Əyləncə və asudə vaxt

Əyləncə mərkəzi bütün yaş kateqoriyaları üçün nəzərdə tutulmuşdur.
Ən kiçik ziyarətçilər üçün əjdaha təsvirli pazllar, Novruz bayramında xalqın kütləvi gəzintilərini və Azərbaycanın xalq nağıl qəhrəmanlarını təsvir edən səhnələr təqdim edilir.
Bir qədər böyük uşaqlar üçün “Od udan Yanardağda” adlı xüsusi videooyun işlənib hazırlanmışdır. Oyunun dörd səviyyəsi vardır, orta və böyük yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur. Otaqda yerləşdirilmiş, od püskürən əjdaha şəklində olan, işıqlandırılan taxt insanda nağıllar aləmi təəssüratını yaradır.
Üzvi şüşədən hazırlanmış qanadlar otaqda xüsusi yer tutur. Onlar elə yerləşdirilmişdir ki, dağlara mənzərə açılır və uçuş illüziyası yaranır. Həm taxt, həm də qanadlar bu gözəl guşə barədə xatirə fotoşəkilləri çəkdirmək üçün gözəl dekorasiyalardır.