Əyləncə və asudə vaxt

Yanardağ suvenir mağazasında bütün suvenirlər əl işidir və yerli sənətkarlar tərəfindən dizayn edilib. Əmin edə bilərik ki, bütün məhsullar unikaldır və istifadə olunan ornamentlər Yanardağın ruhunu və Qoruğun ümumi məzmununu əks etdirir. Suvenirlər keramika, şüşə, taxta və parçadan hazırlanıb.

“Yanardağ” kafesi bizim suvenir mağazası ilə eyni binadadır və adətən yerli gənc sənətkarların öz rəsm əsərlərini sərgiləyə biləcəkləri açıq sənət qalereyası kimi istifadə olunur. Yanardağ kafesində sərgilənən bütün sənət əsərləri satışdadır və suvernir mağazasından alına bilər. Ödəniş sadəcə nağd formada qəbul edilir.

Suvenir mağazasında satışda olan məhsullar: Keramika və ya şüşədən hazırlanmış çay fıncanı və nəlbəki, keramika və ya şüşədən hazırlanmış xüsusi ornamentli boşqab, keramikadan hazırlanmış çaynik və qəhvə fincanı, keramika və taxtadan hazırlanmış müxtəlif dizaynlı maqnitlər, taxta üzərində oymalı açarlıq, çərçivələr, daraqlar və s.
Qeyd edək ki, məhsulların hər biri əl işidir.