Tədbirlər

27 sentyabr "Beynəlxalq Turizm Günü" 2017

27 sentyabr 2017-ci il tarixində “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda “Beynəlxalq turizm günü və turizm işçilərinin peşə bayramı” münasibəti ilə “Açıq qapı” günü keçirilmişdir. Həmin gün qoruğu 368 turist ziyarət etmişdir. Qoruğu yerli əhali ilə yanaşı Almaniya, BƏƏ, Polşa, Malaziya, Rusiya, Türkiyə, Yaponiya, Macarıstan, İordaniya, Braziliya, Filippin və digər ölkələrin vətəndaşları ziyarət etmişlər. Bundan başqa, “Açıq qapı” günündə 11 saylı internat məktəbinin müəllim və şagirdləri qoruq ərazisinə ekskursiya təşkil etmişlər. “Açıq qapı” günü ilə əlaqədar ziyarətçilərin qoruğa sərbəst girişi təmin edilmiş, onlara yüksək səviyyədə ekskursiya xidməti göstərilmiş, qonaqlara ölkəmiz, “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaranma tarixi və ümumilikdə qoruq haqqında ətraflı məlumatlar çatdırılmışdır.

V Beynəlxalq Mürəbbə Festivalı

Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının dəstəyi ilə V Beynəlxalq Mürəbbə Festivalı keçirildi. Hər il olduğu kimi bu tədbirə Azərbaycanın digər bölgələri ilə yanaşı dünyanın bir çox ölkələrindən bu festivala dəvət olunmuşlar.V Beynəlxalq Mürəbbə Festivalın qalibi isə Türkiyə təmsilçisi Alper Güler olmuşdur. Festiavldan sonra Alper Güler Yanar dağ dövlət tarix-mədəniyyət və təbiət qoruğunun qonağı olmuşdur. O belə tədbirlərin Azərbaycanda keçirilməsi haqqında öz məmnunluğunu bildirdi.Biz də Yanar dağ kollektivi adından qalibə bundan sonrakı işlərində uğurlar arzulayırıq.

Bakıda Qlobal Gənc Lİderlər Forumu keçirildi.

Avqustun 21-də başlamış və 4 gün davam etmiş, Qlobal Gənc Liderlər Forumu Bakıda bir çox dünya gənclərini öz ətrafına toplamışdır. Bu tədbirdə gənc liderlər müxtəlif məsələlərə dair müzakirələr aparmışlar. "Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu bir çox ölkənin gənc liderləri ilə yanaşı Latviyanın keçmiş prezidenti Valdis Zatlers Yanar dağı ziyarət etmişdir. Rəsmi qonaqlara Yanar dağ haqqında ətraflı məlumat verilmişdir. Ziyarət zamanı Latviyanın eks prezidenti Valdis Zatlers Yanar dağın xatirə dəftərinə ürək sözlərini yazmış və qoruğun direktoru Malik Fətullayevə xoş münasibətə görə öz minnətdarlığını bildirmişdir.

41-ci Dünya Skaut Konfransı və 13-cü Dünya Skaut Gənclər Forumunun iştirakçıları Yanar dağda

7-18 avqust 2017-ci il tarixində Azərbaycanda 41-ci Dünya Skaut Konfransı və 13-cü Dünya Skaut Gənclər Forumu keçirilmişdir. Tədbir ərəfəsində "Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu Konfrans və Forum iştirakçılarını yüksək səviyyədə qarşılaşımışdır. Tədbir iştirakçılarna ölkəmiz və Yanar dağ qoruğu haqqında ətraflı məlumat çatdırılmışdir. Qoruğu Yaponiya, Çin, Danimarka, Cənubi Koreya, Norvec, Monoko, Hindistan, Pakistan və digər ölkələrin təmsilçiləri ziyarət etmişlər. Ümumilikdə qoruq əməkdaşları 120-dən artıq tədbir iştirakçılarını qəbul etmişdir.

“Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günündə “Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda uşaqlar üçün Açıq qapı günü keçirilmişdir. Açıq Qapı Günündə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarının Dövlət Şurasının dəstəyi ilə Qarabağ Əlilləri və Veteranları İctimai Birliyi, EKO Aləm İctimai Birliyi, Regionların İqtisadi Maarifləndirməsi İctimai Birliyi, MİNA Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək İctimai Birliyi ilə birlikdə 18 saylı Kəlbəcər rayon tam orta məktəbinin şagird və müəllim heyətinin iştirakı ilə “Məktəblilərdə ölkənin təbiətinə və təbii resurslarına qarşı sosial və ətraf mühitdə, ekoloji məqsədəuyğun davranışların formalaşdırılması” layihəsi çərçivəsində tədbir keçirilmişdir. Bundan başqa, Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar Cəbrayıl rayon tam orta məktəbi, Xətai rayonu 165 №-li, Xırdalan şəhər 10 №-li və Sumqayıt şəhər 10 №-li tam orta məktəblərin şagirdləri də “Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunu ziyarət etmişlər. “Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunun kollektivi tərəfindən Uşaqların qoruqda mənalı istirahəti üçün şərait yaradılmış, qoruq ərazisindəki abidələrə ekskursiyalar təşkil edilmişdir.

IV İslam Həmrəylik Oyunlarının qonaqları Yanar dağda

Bakı 2017 – IV İslam Həmrəylik Oyunlarının ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin 25.04.2017-ci il tarixli 1169/04 nömrəli məktubunun icrası ilə əlaqədar “Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunun kollektivi Respublikamıza gələn tədbir iştirakçılarını, turistləri və qonaqları qəbul etmək üçün ciddi hazırlıqlara başlamışdır. İlk olaraq qoruğun ərazisində turistlərin marşrutlar üzrə hərəkəti üçün abadlaşdırma işləri aparılmış, ərazidə gül-çiçək əkilmiş və yaşıllıqlara xüsusi diqqət yetirilmişdir. Qoruq rəhbərliyi tərəfindən əməkdaşlar arasında təlimat aparılmış, onların iş saatları 09:00-dan 22:00-dək uzadılmaqla gücləndirilmiş iş rejiminə keçirilmişdir. IV İslam Həmrəylik Oyunları zamanı və may ayı ərzində qoruğu 4215 nəfər ziyarət etmişdir. Bunlardan 3849 nəfəri əcnəbi, 366 nəfəri isə yerli turistlər olmuşdur. Bakı 2017 – IV İslam Həmrəylik Oyunları ərəfəsində kütləvi informasiya vasitələrində təbliğat işinin aparılması məqsədilə İtaliyanın “İSB” televiziyası dəyəri ödənilmədən çəkiliş aparmışdır. Qoruğu ziyarət edən qonaqlara Yanar dağ Dövlət qoruğu haqqında hazırlanmış inglis dilində buklet, Yanar dağ, Bakı şəhəri və Azərbaycan abidələrini əks etdirən maqnit suvinirlərdən ibarət hədiyyə paketləri təqdim edilmişdir.

28 May Respublika Günü

28 May Respublika Günü münasibətilə "Yanar dağ" Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda mitinq keçirilmişdir.
facebook
twitter
>
ƏLAQƏ
info@yanardag.az
malik.f@yanardag.az
azad.e@yanardag.az
(012) 340 45 47
(012) 408-50-91
Məmmədli kəndi, Abşeron rayonu