“Yanar dağ” qoruğu və Məmmədli məktəbi “Narkomaniyaya yox deyək!” adlı tədbir qeyd etmişdir

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 17.01.2017-ci il tarixli məktubunun icrası ilə əlaqədar olaraq 23.05.2017-ci il tarixində “Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğu əməkdaşlarının və Məmmədli kənd tam orta məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilmişdir. Qoruğun Elmi-tədqiqat və ekspozisiya şöbəsinin müdiri Sahibə Əhmədova tədbiri açıq elan etmiş və çıxış üçün söz məktəbin ədəbiyyat müəllimi Nuranə Cavadovaya verilmişdir. Sonra “Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunun ekskursiyaçısı Günay Rzayeva öz çıxışı ilə narkomaniyanın necə böyük bir bəla olduğunu, onun nəticələri və yoluxma səbəblərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Tədbirin növbəti mərhələsində şagirdlərə kiçikmetrajlı film nümaiş olunmuşdur. Tədbirdə qoruq kollektivi ilə bərabər məktəbin müəllim-şagird heyəti iştirak etmişdir.
facebook
twitter
>
ƏLAQƏ
info@yanardag.az
malik.f@yanardag.az
azad.e@yanardag.az
(012) 340 45 47
(012) 408-50-91
Məmmədli kəndi, Abşeron rayonu