“Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günündə “Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda uşaqlar üçün Açıq qapı günü keçirilmişdir. Açıq Qapı Günündə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarının Dövlət Şurasının dəstəyi ilə Qarabağ Əlilləri və Veteranları İctimai Birliyi, EKO Aləm İctimai Birliyi, Regionların İqtisadi Maarifləndirməsi İctimai Birliyi, MİNA Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək İctimai Birliyi ilə birlikdə 18 saylı Kəlbəcər rayon tam orta məktəbinin şagird və müəllim heyətinin iştirakı ilə “Məktəblilərdə ölkənin təbiətinə və təbii resurslarına qarşı sosial və ətraf mühitdə, ekoloji məqsədəuyğun davranışların formalaşdırılması” layihəsi çərçivəsində tədbir keçirilmişdir. Bundan başqa, Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar Cəbrayıl rayon tam orta məktəbi, Xətai rayonu 165 №-li, Xırdalan şəhər 10 №-li və Sumqayıt şəhər 10 №-li tam orta məktəblərin şagirdləri də “Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunu ziyarət etmişlər. “Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunun kollektivi tərəfindən Uşaqların qoruqda mənalı istirahəti üçün şərait yaradılmış, qoruq ərazisindəki abidələrə ekskursiyalar təşkil edilmişdir.
facebook
twitter
>
ƏLAQƏ
info@yanardag.az
malik.f@yanardag.az
azad.e@yanardag.az
(012) 340 45 47
(012) 408-50-91
Məmmədli kəndi, Abşeron rayonu