Tədbirlər

Formula 1Avropa Qran Pri qonaqları Yanar dağ qoruğunda

“Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunun kollektivi Formula 1Avropa Qran Pri yarışları ilə əlaqədar iyun ayının 16-21-də Respublikamıza gələn tədbir iştirakçılarını, turistləri və qonaqları qəbul etmişdir. Tədbir zamanı qoruğu ziyarət edən turistlərə ekskursiya xidməti göstərilmiş, Yanar dağ qoruğu haqqında hazırlanmış inglis dilində buklet, Yanar dağ, Bakı şəhəri və Azərbaycanı abidələrini əks etdirən maqnit suvinirlərdən ibarət hədiyyə paketləri təqdim edilmişdir. Hesabat dövründə Qoruğu 493 nəfər turist ziyarət etmişlər. Onlardan 395-i xarici, 98 nəfəri isə yerli vətəndaşlar olmuşdur.

31 mart Azərbaycanlıların soyqırımı

31 mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar olaraq “Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda tədbir keçirilmişdir. Tədbir 1918-ci il mart qırğınları zamanı Məmmədli kəndi ətrafında erməni quldurlarına qarşı gedən döyüşlərdə şəhid olmuş türk əsgəri İbrahimin məzarı önündə keçirilmişdir. Tədbiri giriş sözü ilə qoruğun direktoru M.A.Fətullayev açdı. Sonra qoruğun Elmi-tədqiqat və ekspozisiya şöbəsinin müdiri S.Q.Əhmədova çıxış edərək 1918-ci ildə Azərbaycanın müxtəlif ərazilərində erməni millətçilərinin xalqımıza qarşı törətdikləri vəhşiliklərdən danışdı. Tədbir iştirakçıları şəhidin məzarı üzərinə tər qərənfillər düzdülər. Sonra qoruq əməkdaşları Məmmədli kəndinin mərkəzində yerləşən 1918-ci il şəhidlərinin şərəfinə ucaldılmış abidənin qarşısında anım mərasimini davam etdirdilər. Soyqırım şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və abidənin qarşısına tər qərənfillər düzüldü.

Yel çərşənbəsi "Yanar dağ" Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda

08 mart 2016-cı il tarixində Miili Aviasiya Akademiyasının bir qrup tələbəsi “Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunun kollektivi ilə birlikdə Yanar dağda “Yel çərşənbəsi”nə həsr olunmuş bayram şənliyini qeyd etmişlər. Tədbirə “Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunun əməkdaşları və Milli Aviasiya Akademiyasının tələbələri ilə yanaşı Polşadan və Russiyadan gələn turistlər də qatılmışlar. Yel çərşənbəsi Novruz bayramı əhval-ruhiyyəsində yüksək coşqu ilə keçirilmişdir.

“Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda “Od çərşənbəsi” bayramı keçirildi

1 mart 2016-cı il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin cari ilin birinci yarım illiyi üçün təsdiq olunmuş İş Planının 6.18 maddəsinə və “Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunun İş Planının 2.2 bəndinə əsasən Novruz bayramı və Novruz öncəsi çərşənbələrin ikincisi sayılan “Od çərşənbəsi”nə həsr olunan bayram şənliyi keçirilmişdir. Bayramın qeyd edilməsi ilə əlaqədar olaraq öncədən qoruq ərazisində abadlıq işləri görülmüş, ətrafda ağaclar və güllər əkilmişdir. Səkilər və bordürlər fasad emulsiyası ilə yenidən boyanmışdır. Bundan başqa Novruz və qoruq abidələrini əks etdirən plakat-banerlər ərazidə yerləşdirilmiş və onların ətrafı bayraqlarla bəzədilmişdir. Bahar bayramı Novruza və “Od çərşənbəsi”nə həsr olunmuş şənlikdə Abşeron rayonunun mədəniyyət şöbəsinin və Mehdiabad uşaq musiqi məktəbinin kollektivləri ədəbi-bədii proqramlarla çıxış etmişlər. Tədbirdə milli rəqslər və mahnılar səslənmiş, eyni zamanda nağara, qarmon və saz çalanlar ansanblı öz çıxışları ilə tamaşaçıları əyləndirmişlər. Tədbir zamanı qoruğa gəlmiş xarici ölkə turistləri bu el şənliyinə qatılmış birlikdə iştirakçılar ilə “Yallı” rəqsi etmişlər. Abşeron rayonu Məmmədli və Digah kənd sakinlərinin və qonaqların iştirak etdiyi təntənəli tədbirdə milli adət-ənənəmizə uyğun olaraq qonaqlara və turistlərə xonçalarda milli Novruz şirniyyatları paylanmış, çay süfrələri təşkil edilmişdir. Şənlikdə təxminən 450 nəfər qonaq iştirak etmişdir.

“Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğu əməkdaşları Xocalı faciəsini qeyd etdi

25 fevral 2016-cı il tarixində “Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğu əməkdaşlarının və Məmmədli kənd tam orta məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə Xocalı faciəsinin 24-cü il dönümü münasibəti ilə məktəbin akt zalında anım mərasimi keçirmişdir. Məktəbin direktoru Elbəyi Abıyev tədbiri açıq elan etdi. Açılışdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru Elbəyi Abıyev və “Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğu Fondlarının baş mühafizi Zeynəb Həbibova öz çıxışları ilə Xocalı Soyqırımının xalqımız üçün necə böyük bir faciə olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdılar. Anım mərasiminin növbəti mərhələsində şagirdlər tərəfindən Xocalı faciəsinə həsr olunmuş şeirlər və bədii kompozisiya səsləndi, kiçik səhnəcik təqdim edildi və sonda Xocalı faciəsinə aid video çarxlar nümaiş olundu. Tədbirdə qoruq kollektivi və məktəbin 108 nəfər müəllim və şagird heyəti iştirak etdi.
facebook
twitter
>
ƏLAQƏ
info@yanardag.az
malik.f@yanardag.az
azad.e@yanardag.az
(012) 340 45 47
(012) 408-50-91
Məmmədli kəndi, Abşeron rayonu