Tədbirlər

“Yanar dağ” qoruğu və Məmmədli məktəbi “Narkomaniyaya yox deyək!” adlı tədbir qeyd etmişdir

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 17.01.2017-ci il tarixli məktubunun icrası ilə əlaqədar olaraq 23.05.2017-ci il tarixində “Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğu əməkdaşlarının və Məmmədli kənd tam orta məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilmişdir. Qoruğun Elmi-tədqiqat və ekspozisiya şöbəsinin müdiri Sahibə Əhmədova tədbiri açıq elan etmiş və çıxış üçün söz məktəbin ədəbiyyat müəllimi Nuranə Cavadovaya verilmişdir. Sonra “Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunun ekskursiyaçısı Günay Rzayeva öz çıxışı ilə narkomaniyanın necə böyük bir bəla olduğunu, onun nəticələri və yoluxma səbəblərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Tədbirin növbəti mərhələsində şagirdlərə kiçikmetrajlı film nümaiş olunmuşdur. Tədbirdə qoruq kollektivi ilə bərabər məktəbin müəllim-şagird heyəti iştirak etmişdir.

"Yanar dağ" DTMvəTQ "Beynəlxalq muzeylər günü"

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2017-ci ilin birinci yarısı üçün İş Planının 6.34 maddəsi və Nazirliyin 16.05.2017-ci il tarixli 1597/02 nömrəli məktubuna əsasən “Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda 18, 19, 20 may 2017-ci il tarixlərində “Beynəlxalq muzeylər günü” münasibətilə “Açıq qapı” günləri qeyd edilmişdir. Bu məqsədlə ərazidə yerləşən abidələri əks etdirən plakatlar qoruq ərazisində yerləşdirilmiş gələn turistlərə yüksək səviyyədə xidmət göstərilmiş, onlara ölkəmiz və “Yanar dağ” qoruğunun yaranma tarixi və ümumilikdə qoruq haqqında ətraflı məlumatlar çatdırılmışdır. Tədbir zamanı qoruğu 1114 nəfər turist ziyarət etmişdir ki, bunlardan 249 nəfəri yerli, o cümlədən 132 nəfəri məktəbli, 865 nəfəri isə xarici qonaqlar olmuşdur. Qoruğu ziyarət edənlər sırasında BƏƏ, Səudiyyə Ərəbistanı, Dubay, Oman, Kuveyt, Qətər, Türkiyə, İran, İraq, Hindistan, Pakistan, Maldiv Adaları, Rusiya, Ukrayna, Cənubi Koreya, Almaniya, Macarıstan, ABŞ, İsrail, İngiltərə, Hollandiya, Fillipin, Fransa, Braziliya, Avstriya və sair ölkələrdən olan qonaqlar olmuşdur.

18 aprel "Beynəlxalq Abidələr və görməli yerlər günü"

18 aprel 2017-ci il tarixində “Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda “Beynəlxalq abidələr və görməli yerlər günü” münasibətilə “Açıq qapı” günü keçirilmişdir. Bu məqsədlə tədbir haqda məlumatı və ərazidə yerləşən abidələri əks etdirən plakatlar qoruq ərazisində yerləşdirilmişdir. Tədbir zamanı qoruğu 216 nəfər turist ziyarət etmişdir ki, bunlardan 20 nəfəri yerli, 196 nəfəri isə xarici qonaqlar olmuşdur. Qoruğu ziyarət edənlər sırasında BƏƏ, Dubay, Rusiya, Almaniya, Macarıstan, İsveçrə, ABŞ, İsrail, İngiltərə, İran, İraq, Serbiya, Yunanıstan, Fransa, Runıniya, Braziliya, Çexiya və sair ölkələrdən olan qonaqlar olmuşdur. Turistlərin hamısına yüksək səviyyədə xidmət göstərilmiş, onlara ölkəmiz və “Yanar dağ” qoruğunun yaranma tarixi və ümumilikdə qoruq haqqında ətraflı məlumatlar çatdırılmışdır.

"Yanar dağ" Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda Od çərşənbəsinə həsr olunmuş bayram tədbiri

28 fevral 2017-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin cari ilin birinci yarım illiyi üçün təsdiq olunmuş İş Planının 6.11 maddəsinə əsasən Novruz bayramı və Novruz öncəsi çərşənbələrin ikincisi sayılan “Od çərşənbəsi”nə həsr olunan bayram şənliyi keçirilmişdir. Od çərşənbəsinin qeyd edilməsi ilə əlaqədar öncədən qoruq ərazisində abadlıq işləri görülmüş, ətrafda ağaclar və güllər əkilmişdir. Səkilər və bordürlər fasad emulsiyası ilə yenidən boyanmış, Novruz və qoruq abidələrini əks etdirən plakat-banerlər ərazidə yerləşdirilmiş və ətraf bayraqlarla bəzədilmişdir. Bahar bayramı Novruza və “Od çərşənbəsi”nə həsr olunmuş el şənliyi həmişə olduğu kimi Yanar dağın təbii alovu qarşısında qeyd edilmişdir. Tədbirdə Abşeron rayonunun mədəniyyət şöbəsinin və Qobu incəsənət məktəbinin kollektivləri ədəbi-bədii proqramlarla çıxış etmişlər. Tədbirdə milli rəqslər və mahnılar səslənmiş, eyni zamanda nağara və saz çalanlar ansanblı öz çıxışları ilə tamaşaçıları əyləndirmişlər. Tədbir zamanı yerli qonaqlarla bərabər qoruğa Rusiyadan, Birləşmiş Ərəb Əmirliklərindən, Dubaydan, İraqdan və sair ölkələrdən gəlmiş xarici turistlər bu el şənliyinə qatılmış və hamı birlikdə bayram tonqalı ətrafında “Yallı” və “Cəngi” rəqslərini ifa etmişlər. Abşeron rayonu Məmmədli və Digah kənd sakinlərinin və qonaqların iştirak etdiyi təntənəli tədbirdə milli adət-ənənəmizə uyğun olaraq qonaqlara və turistlərə xonçalarda milli Novruz şirniyyatları təqdim edilmiş, çay süfrələri təşkil edilmişdir. Azərbaycan Dövlət Televiziyası və “Dünya” TV kanallarının əməkdaşları Od çərşənbəsinin nümayişi məqsədi ilə el şənliyinin çəkilişini həyata keçirilmişlər. Şənlikdə təxminən 250-dən artıq qonaq iştirak etmişdir.

27 sentyabr "Beynəlxalq Turizm Günü"

27 sentyabr 2016-cı il tarixində “Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda “Beynəlxalq turizm günü” münasibəti ilə “Açıq qapı” günü keçirilmişdir. Həmin gün qoruğu 116 qonaq ziyarət etmişdir. Onlardan 20-si yerli, 96 nəfəri isə xarici turistlər olmuşdur. Qoruğu ziyarət edənlər sırasında BƏƏ, ABŞ, İngiltərə, Polşa, İspaniya, Fransa, Avstraliya, Rusiya, Türkiyə, Çin, Yaponiya, Almaniya, İraq və İran vətəndaşları olmuşlar. Azərbaycan Respublikası Konstitusiyasına edilən dəyişikliklərlə əlaqədar respublikamızda keçirilən Referendum ilə bağlı Mərkəzi Seçki Komissiyasının Rusiya və Belarusiyadan olan müşahidə qrupu da “Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunu ziyarət etmişdir. Bundan başqa qoruğu Binəqədi rayon Mərkəzi Kitabxanasının kollektivi də ziyarət etmişdir. “Açıq qapı” günü ilə əlaqədar olaraq ziyarətçilərin qoruğa sərbəst girişi təmin edilmiş, onlara yüksək səviyyədə ekskursiya xidməti göstərilmiş, qonaqlara ölkəmiz və “Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunun yaranma tarixi və ümumilikdə qoruq haqqında ətraflı məlumatlar çatdırılmışdır. Qonaqlara Yanar dağın əksi olan suvenirlərdən ibarət hədiyyə paketi təqdim olunmuşdur.

Avropa İrs Günləri

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 08.09.2016-cı il tarixli 289 №-li əmri ilə əlaqədar olaraq “Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda 16-18 sentyabr 2016-cı il tarixində “Açıq qapı” günləri keçirilmişdir. Tədbir zamanı 16 sentyabrda 244, 17-də 230, 18-də 240 nəfər qoruğu ziyarət etmişdir. Hava şəraitinin yağmurlu olmasına baxmayaraq ümumilikdə Layihənin icrası zamanı qoruğu 714 nəfər qonaq ziyarət etmişdir ki, binlardan 660 nəfəri xarici, 54 nəfəri isə yerli turistlər olmuşdur. Layihənni konsepsiyasına uyğun olaraq ziyarətçilərin qoruğa sərbəst girişi təmin edilmiş, onlara yüksək səviyyədə ekskursiya xidməti göstərilmiş, ümumilikdə qoruq haqqında, habelə, ölkəmizin tarixi, mədəniyyəti, milli mətbəxi barəsində məlumatlar verilmişdir.

MQİMO tələbələri Yanar dağda

İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MQİMO) və İDEA arasında tələbələrin qarşılıqlı şəkildə Azərbaycan və Rusiyaya yay səfərlərinin təşkil olunması barədə razılıq əldə olunmuşdur. Bununla bağlı, qonaqlar “Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunu ziyarət etmişlər və həmin qrup rusdilli bələdçi ilə təmin olunmuşdur.
facebook
twitter
>
ƏLAQƏ
info@yanardag.az
malik.f@yanardag.az
azad.e@yanardag.az
(012) 340 45 47
(012) 408-50-91
Məmmədli kəndi, Abşeron rayonu