İŞIQ VƏ KÖLGƏ OYUNU

Od mövzusu bu dünya kimi əbədi və köhnədir. Amma bu gün müasir texnologiyalar sayəsində biz bu mövzunu interpretasiya etmək və odun magik təsvirindən istifadə edərək müasir video installyasiyalar yaratmaq fürsəti qazanmışıq. Od ovsunlayır, diqqəti cəlb edir və fikri özündə cəmləşdirir. İnsan öz iç dünyasına qapılaraq saatlarla alov oyununu seyr edə bilər. Həmçinin müasir video installyasiya da əsl atəş kimi ovsunlayır və cəzb edir. Bu yalnız alov oyununun əksi deyil. İnstallyasiyanın mahiyyəti ondan ibarətdir ki, divarın qarşısından keçən istənilən insan alov dilləri şəklində öz əksini müşahidə edə bilər. İnsanların sayından asılı olaraq, divarda ya bir tonqal, ya da alışıb yanan alovlar əks olunur. İşıq və kölgə oyunu görünüşü tamamlayaraq ona sehrlilik və əsrarəngizlik gətirir.