Main Logo

Dövlət Tarix-Mədəniyyət
və Təbiət Qoruğu

“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna xoş gəlmisiniz. Bu əbədiyaşar od sizə Azərbaycanda təbii yanan odun və təbii qazın tarixindən, həmçinin Zərdüşütlüyün mədəniyyətə və gündəlik həyata təsirindən danışır. Muzey və Kromlex qədim və indiki sivilizasiyaların oda necə sitayiş etdiyini, canavarların ağıllı insanlara necə çevrildiyini və Marco Polonun yanan dağı necə ziyarət etdiyi haqqında məlumat verir.

bg image for video section

Haqqımızda

Abşeron rayonunun Məmmədli kəndində yerləşən Yanardağ abidəsinin ərazisi Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 2 may 2007-ci il 2141 №-li sərəncamı ilə Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilib. Qoruğun fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyun 2018-ci il tarixli, 255 nömrəli qərarına əsasən Dövlət Turizm Agentliyi tərəfindən tənzimlənir. 2018-ci il 17 iyul tarixində Cənab Prezident İlham Əliyev “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yenidən qurulması, abidənin ərazisində müasir turizm infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam vermişdir.

Ziyarətinizi planlaşdırın


Yanardağ Dövlət Tarix-Mədəniyyət
və Təbiət Qoruğuna xoş gəlmisiniz!


- Biletlərlə bağlı məlumat
- Bizə necə gəlmək olar
- Ərazi xəritəsi

Sərgilər

BƏDİİ VƏ VİDEO İNSTALLYASİYALAR

Yanardağın müasir muzeyi özünün qeyri-adi həlli ilə diqqəti cəlb edir.

KROMLEX DAŞ SƏRGİSİ

Açıq səma altında muzeydə maraqlı eksponatlar toplanmışdır. Bunlar – təsərrüfatda istifadə edilən müxtəlif formalı daşlardır.