18 Aprel "Beynəlxalq abidələr və görməli yerlər günü"

18 aprel 2016-cı il tarixində “Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda “Beynəlxalq abidələr və görməli yerlər günü” münasibətilə “Açıq qapı” günü keçirilmişdir. Bu məqsədlə tədbir haqda məlumatı və ərazidə yerləşən abidələri əks etdirən plakatlar qoruq ərazisində yerləşdirilmişdir. Tədbir zamanı qoruğu 285 nəfər turist ziyarət etmişdir ki, onlardan 156 nəfəri xarici, 129 nəfəri yerli qonaqlar təşkil etmişdir. “Açıq qapı” günündə qoruq əməkdaşları ziyarətçilərə ekskursiya xisməti göstərmişlər. Bununla yanaşı Türkiyənin “NTV xəbər” telekanalı qoruq ərazisində çəkiliş aparmışdır. 
Bundan başqa “Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunun direktoru Malik Fətullayev Azərbaycan Televiziyasının “Səhər” proqramında canlı yayımında çıxış etmişdir. Öz çıxışında o, qoruğun fəaliyyəti və “Beynəlxalq abidələr və görməli yerlər günü” haqqında geniş məlumat vermişdir.
Sonra qoruq əməkdaşlarının 6 nəfərlik heyyəti “Atəşgah məbədi” Dövlət tarixi-memarliq qoruğunda keçirilən “Multikulturalizm ili” çərçivəsində “Beynəlxalq abidələr və görməli yerlər günü”nə həsr olunmuş tədbirdə iştirak etmişlər.

 

 

facebook
twitter
>
ƏLAQƏ
info@yanardag.az
malik.f@yanardag.az
azad.e@yanardag.az
(012) 340 45 47
(012) 408-50-91
Məmmədli kəndi, Abşeron rayonu