Sərəncam

“Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin
 
Sərəncamı
 
       Zəngin neft və qaz yataqlarının mövcud olduğu Azərbaycan tarix boyu Odlar yurdu kimi tanınmışdır. Ölkəmizin ərazisində yanan təbii 
 
əbədi odlar insanların inanc və etiqadlarına güclü təsir göstərmiş, ədəbiyyat və incəsənət əsərlərində öz bədii təcəssümünü tapmışdır.
 
     Azərbaycanda unikal təbii abidələrdən biri Abşeron rayonunun Məmmədli kəndində yerləşən «Yanar dağ»dır. «Yanar dağ» abidəsinin 
 
qorunması və burada turizmin inkişaf etdirilməsi məqsədi ilə qərara alıram:
 
1. Abşeron rayonunun Məmmədli kəndindəki «Yanar dağ» təbii abidəsinin ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan 
 
edilsin.
 
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 
 
«Yanar dağ» dövlət tarix-mədəniyyət və təbiət qoruğunun Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin 
 
tabeliyinə verilməsini təmin etsin; 
 
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə 
 
Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Abşeron Rayon İcra Hakimiyyəti ilə birlikdə iki ay müddətində «Yanar dağ» dövlət 
 
tarix-mədəniyyət və təbiət qoruğunun sərhədlərini müəyyən etsin, yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında sənədlərin 
 
hazırlanmasını və torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etsin; 
 
«Yanar dağ» dövlət tarix-mədəniyyət və təbiət qoruğu haqqında əsasnaməni təsdiq etsin.
 
3. «Yanar dağ» dövlət tarix-mədəniyyət və təbiət qoruğunun fəaliyyəti ilə bağlı tələb olunan zəruri xərclər 2007-ci il dövlət 
 
büdcəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üçün nəzərdə tutulmuş müvafiq vəsaitlər hesabına 
 
həyata keçirilsin.
 
4. Abşeron Rayon İcra Hakimiyyəti: 
 
iki ay müddətində qoruğu müvafiq bina ilə təmin etsin; 
 
qoruq ərazisində hər hansı tikinti işlərinin aparılmasına yol verilməməsi üçün təxirəsalınmaz tədbirlər görsün.
 
5.   Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
 
                                                                                          Azərbaycan Respublikasının Prezidenti                                                 İlham Əliyev
 
Bakı şəhəri, 2 may 2007-ci il
 
№ 2141
facebook
twitter
>
ƏLAQƏ
info@yanardag.az
malik.f@yanardag.az
azad.e@yanardag.az
(012) 340 45 47
(012) 408-50-91
Məmmədli kəndi, Abşeron rayonu