Ziyarətinizi planlaşdırın

Yanardağ Dövlət Tarİx-Mədənİyyət
və Təbİət Qoruğuna xoş gəlmİsİnİz!

Biletlər

Yerli ziyarətçilər - 2 ₼
Xarici ziyarətçilər - 9 ₼
Tələbələr - 1 ₼ (Tələbə bileti təqdim etməklə)

Bələdçi ilə tur (30 dəqiqə)
Azərbaycan dilində - 3 ₼
Digər dillərdə - 10 ₼

Kombinə olunmuş biletlər

Yanardağ və Atəşgah qoruqları - 15 ₼

* Kombinə olunmuş biletlər yalnız bir nəfər üçündür
* Güzəşt şərtləri kombinə olunmuş biletlər üçün keçərlidir
* İlk istifadədən sonra kombinə olunmuş bilet növbəti 72 saat müddətində yararlıdır

Sərbəst Giriş

- 18 yaşına qədər uşaqlar
- I və II qrup əlillər
- Müharibə veteranları və qazilər;
- 12 yaşı tamam olmamış xarici vətəndaşlar.

Qrup güzəştləri

* minimum 10 nəfərdən ibarət olan qruplara 10% güzəşt

Təhlükəsizlik və Tənzimləmə qaydaları
Kommersiya məqsədi ilə fotoqrafiya və video çəkilişləri aparılmasına icazə almaq üçün əvvəlcədən bildiriş vermək xahiş olunur. Əlavə məlumat və qiymətlər üçün xahiş edirik satış ofisinə müraciət edərək inzibati heyətlə əlaqə saxlayın.
Qoruq İdarəsi Qoruğun ərazisində itirilmiş, oğurlanmış və ya zədələnmiş şəxsi əşyalar üçün məsuliyyət daşımır.
Uşaqlar Qoruq ərazisində olduqları bütün vaxt ərzində müşayiət edilməlidirlər. Qoruğun heyəti uşaqların oyun meydançasında və ya digər uşaq zonalarında nəzarətinə görə məsuliyyət daşımır.
Qoruğun ərazisini zibilləmək qadağandır. Xahiş olunur tullantıları təyin edilmiş zibil qablarına atasınız. Heç bir iz qoymayın!
Digər ziyarətçilərə hörmət edin və hər kəsin Yanardag təcrübəsinin keyfiyyətli olmasına dəstək olun. Səs-kuy yaratmayın və yüksək səslə danışmayın.
Yanardağda tarixi və mədəni dəyərli əşyalar mövcuddur. Vandalizm halları milli qanunlara görə cərimə ediləcək.

Yanardağa necə gəlmək olar?

Bakının mərkəzindən Yanardağa avtomobil ilə

Heydər Əliyev prospekti ilə düz gedib Zabrat şosesinə çıxıb davam edirsiz, ordan da sola Məmmmədli kəndinə dönüb Yanardağa çatırsınız.

Heydər Əliyev adına hava limanından Yanardağa avtomobil ilə

Heydər Əliyev Aeroportundan Aeroport yoluna çıxıb davam edirsiz, sağa Zabrat şösesinə dönərək davam edirsiz və ordan da sola Məmmədli kəndinə dönüb Yanardağa çatırsınız.


ərazi xəritəsi

1. Bilet satışı və məlumat məntəqəsi, Tualet
2. Muzey
3. Kafe və suvenir mağazası
4. Emalatxana otağı
5. Uşaqlar üçün oyun meydançası
6. Kromlex daş sərgisi
7. Amfiteatr
8. Yanardağ
9. Tualet
10. İnzibati bina

Aşağıdakı məkanları ziyarət etmək üçün bələdçi sifariş etməyinizi xahiş edirik:
11. Qırməki vadisinə müşahidə nöqtəsi
12. Palçıq vulkanı
13. Osmanlı səngərləri
14. Kükürdlü bulaqlar
15. Kurqan qəbri