İyunun 10-da "Yanardağ" qoruğunda 8-ci Beynəlxalq Yoqa Günü (IDY 2022) qeyd edilib. Hindistanın Azərbaycandakı  səfirliyi tərəfindən təşkil olunan tədbirdə səfir Bavitlunq Vanlalvavna iştirak edib. Yoq həvəskarları üçün açıq havada xüsusi sessiya təşkil olunub.  
				
				
				