Sentyabrın 11-də "Yanar dağ" qoruğunda "Vətən bağı" adlı dekorativ tətbiqi sənət sərgisi keçirilib. Sərgidə yerli və xarici ziyarətçilərə rəngarəng sənət nümunələri nümayiş etdirilib. "Azərbaycan Xalçaçıları” İctimai Birliyi ilə birlikdə keçirilən tədbirdə qonaqlara həmçinin maraqlı mədəni proqram da təqdim olunub.