05/07/21

"Qurama" əl işlərinin sərgisi keçirilib

“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda “Qurama” əl işlərinin sərgisi keçirilib. “Sariban” Peşə İnkişaf Mərkəzinin təşkilatçılığı ilə baş tutan sərgidə 20-yə yaxın sənətkar öz əl işlərini təqdim edib. Burada müxtəlif materiallardan - dəmirdən, taxtadan, şüşədən müxtəlif əşyalar, o cümlədən qurama sənət nümunələri sərgilənib. Aksiya turistlər tərəfindən maraqla qarşılanıb. Sənətkarların əl işlərinin satışı da təşkil olunub.