14/07/21

"Qaliblər düşərgəsi" Yanardağın qonağı oldu

Şəhid övladları üçün təşkil olunmuş Qaliblər düşərgəsinin iştirakçıları iyulun 14-də Yanardağda olublar. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və "For Azerbaijan" Beynəlxalq Təşkilatı tərəfindən şəhid övladları üçün təşkil olunmuş “Qaliblər düşərgəsi”nin iştirakçılarını “Yanardağ” qoruğunda qonaq qəbul edib. Düşərgə iştirakçıları ilə görüşdə DTA rəhbərliyi uşaqlarla birlikdə əyləniblər, müxtəlif oyunlar keçiriblər, qaliblərə hədiyyələr təqdim olunub.